Avropa -Azərbaycan Məktəbi Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb
Bizi izləyin

Qırmızı.az

Avropa -Azərbaycan Məktəbi Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb

Avropa-Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb.

Publika.az xəbər verir ki, bundan sonra Avropa Azərbaycan Məktəbi İB-nin internet səhifəsində və İBİS (İB İnformasiya Sistemi) sistemində Diplom Proqramına malik olan məktəb kimi göstəriləcək. Növbəti tədris ilinin əvvəlindən məktəbdə artıq İB Diplom Proqramının tətbiqinə başlanılacaq.

İB Proqramı təşkilatının Məktəblər üzrə məsul əməkdaşı Endryu Makdonaldın Avropa Azərbaycan Məktəbinin direktoru Qrem Polloka göndərdiyi məktubda bildirilir ki, “məktəbiniz İB dünya məktəbi statusuna malik olan qlobal məktəblər şəbəkəsinin bir üzvüdür. Bu məktəblər gələcəyini uğurla təmin edə biləcək, daha ahəngdar və firavan dünya yaratmağa töhfə verən bilikli, qayğıkeş gənclərin yetişdirilməsinə çalışır.”

Məlumat üçün deyək ki, Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. İB diplomunu almış hər bir şəxs dünyanın istənilən ali məktəbinə qəbul imtahanı keçmədən daxil oluna bilər. İB diplomunu yalnız Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil vermək hüququ qazanmış məktəblər verə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm