Türkiyə kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb
Bizi izləyin

Qırmızı.az

Türkiyə kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Türkiyənin Zonquldak vilayətinin “Kanal Z” kanalı arasında müqavilə imzalanıb.

Publika.az xəbər verir ki, müqaviləyə əsasən, “Kanal Z” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Qeyd edək ki, Türkiyənin digər region kanalları da artıq “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla yayıma dair müqavilələrinin imzalanması üçün danışıqlar aparılır.


“Kanal Z” kanalı 1 may 2015-ci il tarixindən etibarən 11015/H/30000 tezliyi ilə yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm