"Xəzər adaları" layihəsi üçün hansı risk var? - Hacı İbrahimin cavabı
Bizi izləyin

Qırmızı.az

"Xəzər adaları" layihəsi üçün hansı risk var? - Hacı İbrahimin cavabı

"Xəzər adaları" layihəsi üçün hansı risk var? - Hacı İbrahimin cavabı

Media orqanalrında tanınmış iş adamı , "Avesta" konsernin rəhbəri Hacı İbrahim Nehrəmlinin birinci vitse prezidenti Həsrət Əmrahlının tutduğu vəzifəsindən istefa verdiyi haqda məlumat getmişdi.

Qeyd olunurdu ki, Həsrət Əmrahlı bir müddət əvvəl işdən çıxıb. Birinci vitse- prezidentin işdən çıxmasına səbəb isə Hacı İbrahim Nehrəmli ilə aralarındakı pul mübahisəsi olduğu iddia edilirdi. Publika.Az-a açıqlamasında Hacı İbrahim məlumatı təkzib edib və onun şirkətində bu adda şəxsin çalışmadığını deyib.


O, “Xəzər adaları” (Khazar İslands) layihəsinin rəhbəri Hakan Özbekin işdən çıxmasına da münasibət bildirib.

Hacı İbrahim Publika.Az-a açıqlamasında deyib ki, H.Özbek işdən öz ərizəsi ilə çıxıb: “Mən onu işdən çıxarmamışam. Hakan özü çıxıb getdi. Dedi ki, səhhətimlə əlaqədar işləyə bilmirəm, ərizə yazıb işdən getdi”.

Tanınmış iş adamı layihə rəhbərinin dəyşməsinin layihənin icrasına heç bir maneə törətməyəcəyini də deyib.

Qeyd edək ki, Hakan Özbek eyni zamanda “Avesta” Konserninin İdarə Heyətinin sədri olub. Hacı İbrahim işdən çıxan şəxsin qeyri-ənənəvi islami cərəyanlara məxsusluğunu da inkar edib və bildirib ki, ümumən insanların şəxsi etiqad azadlığına qarışmır.Onu da bildirək ki, Hakan Özbek Türkiyənin keçmiş baş naziri Tansu Çillərin uzun illər mətbuat katibi olmuş Ayla Özbekin oğludur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm