350 minə yaxın insan imtahan nəticələrini bu üsulla öyrənib
Bizi izləyin

Qırmızı.az

350 minə yaxın insan imtahan nəticələrini bu üsulla öyrənib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalında iyun ayı ərzində ən çox istifadə olunan xidmətlərdən birinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi" elektron xidmətindən gedir. İyun ayında bu xidmətdən 345 432 dəfə istifadə olunub.


Elektron xidmətdən istifadə edərək bakalavriat və magistratura səviyyəsinə qəbul olma, keçirilmiş sınaq imtahanları, rezidentura səviyyəsinə qəbul olma, ümumitəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılışı, imtahan nəticələri haqqında və s. məlumatları iş nömrəsi, şifrə və ya şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edərək internet və ya qısa mesaj (SMS) vasitəsilə əldə etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm