Kimlər müddət nəzərə alınmadan vətəndaşlığa qəbul edilə bilər?
Bizi izləyin

Qırmızı.az

Kimlər müddət nəzərə alınmadan vətəndaşlığa qəbul edilə bilər?

Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda, şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda müddət nəzərə alınmadan vətəndaşlığa qəbul edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev AZƏRTAC-a müsahibəsində deyib.

Vətəndaşlığından çıxmış şəxslərin yenidən vətəndaşlığa bərpa edilməsinə gəldikdə, F.Nəbiyev bildirib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaq məqsədilə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm