Nazirlik mehmanxanalara ulduz verdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik mehmanxanalara ulduz verdi

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

Bakı şəhəri:

1. “Qafqaz Baku City Hotel & Residences” mehmanxanası (4 ulduz),

2. “Premier Expo Hotel” mehmanxanası (4 ulduz).

Lənkəran şəhəri:

3. “Luxe Lankaran Hotel” mehmanxanası (4 ulduz).

Astara şəhəri:

4. “Şindan” mehmanxanası (4 ulduz).

Balakən şəhəri:

5. “Qubek“ mehmanxanası (4 ulduz).

Şəki şəhəri:

6. “Küngüt” mehmanxanası (3 ulduz).

Zaqatala şəhəri:

7. “İS Hotel” mehmanxanası (3 ulduz).

Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 89-a çatıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm