Dəmiryol nəqliyyatında qiymətlər aşağı salınır
Bizi izləyin

Qırmızı.az

Dəmiryol nəqliyyatında qiymətlər aşağı salınır

“Azərbaycan Dəmir Yolları” QSC və “Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkəti olan “Federal Sərnişin Şirkəti” SC dəmiryol reyslərinə biletlərin qiymətlərinin aşağı salınması ilə bağlı məsələni müzakirə edirlər.

Bu barədə Trend-ə “Rusiya Dəmir Yolları” ASC-nin sədri Vladimir Yakunin deyib.

O bildirib ki, tariflərin tənzimlənməsi dövlətlərarası sərnişin tarifləri ilə bağlı saziş əsasında müəyyənləşdirilir: “Sərnişin, baqaj və yük baqajı daşımalarının qiyməti dövlətlərarası sərnişin tariflərinin baza cədvəli əsasında təyin edilir. Bundan başqa, dəmiryol idarələri rəhbərliklərinin bütün ərazi boyu sərnişin, baqaj və yük baqajı daşımalarının baza tariflərinə, vaqonlarında plaskart qiymətlərinə, həmçinin qatarların “firma” əmsalına və qatarlarda servis xidmətləri ilə bağlı artıran və ya azaldan indeks əmsalı müəyyənləşdirmək hüququ var”.

V.Yakunin qeyd edib ki, 2014-cü il dekabrın 1-dən dəmiryol nəqliyyatında 2015-ci il yanvarın 1-dən hərəkət edəcək qatarlara “Federal Sərnişin Şirkəti” SC Azərbaycanla birgə Rusiya ərazisində bütün növ vaqonlar üzrə tarifin bilet hissəsinə baza qiyməti 20 faiz indeksləşdirib: “Valyuta məzənnəsinin bahalaşması şəraitində sərnişin axınının artırılması və sərnişin daşımaları gəlirliliyinin yüksəldilməsi məqsədilə “Federal Sərnişin Şirkəti” SC və “Azərbaycan Dəmir Yolları” ASC Rusiya və Azərbaycan ərazisində qarşılıqlı biletin baza qiymətinin, həmçinin “Azərbaycan Dəmir Yolları” vaqonlarında plaskart qiymətlərinin 35 faiz aşağı salınması məsələsini nəzərdən keçirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm