Azərbaycan tərəfə keçən erməni Bakıda dindirilir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan tərəfə keçən erməni Bakıda dindirilir

Ötən gün günorta saatlarında Tovuz rayonunda saxlanılan erməni gənc artıq Bakıya gətirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov həmin şəxsin hazırda dindirildiyini deyib.

Şahin Sailovun sözlərinə görə, saxlanılan 09.03.91-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayanın vəziyyəti yaxşıdır. O, dindirilmə zamanı bildirib ki, Tavuş vilayəti, Berd rayonu, Varin Qarmir Axbuyr kəndindəndir.

“O, Azrəbaycan dilində danışa bilmir. Rus dilində isə çox pis danışır. Özünün deyinə görə, Qoyunlarını axtarırmış və bu səbəbdən azıb. Hazırda onun Azərbaycana nə səbəbə gəlməsi araşdırılır”. – deyə Arsen Xocayan bildirib.

Qeyd edək ki, saxlanılan Arsen Xocayan bir qədər əvvəl də eyni istiqamətdə Ermənistandan keçmiş Mamikon Xocayanın qohumudur./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm