Yeni nazirlikdən nələr gözlənilir?
Bizi izləyin

Qırmızı.az

Yeni nazirlikdən nələr gözlənilir?

"Nazirliyin adı və sturukturunun dəyişdirilməsi, texnologiyaların inkişafı, dünyada gedən proseslərə uyğunlaşdırılması baxımından məntiqli addımdır".

Bu sözləri Publika.Az-a açıqlamasında Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Rabitə və yüksək texnologiyalar nazirliyinin yaradılmasına münasibət bildirərkən deyib.

“2003-cü ilə qədər nazirlik Rabitə Nazirliyi adlandırılırdı, həmin ildə prezidentin müvafiq sərəncamına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi olaraq dəyişdirildi. Ötən 10 il ərzində informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarının inkişafı sahəsində xeyli irəliləyişlər oldu, hökumət və cəmiyyət tərəfindən bu sahəyə diqqət artırıldı. Artıq nano, kosmik texnologiyalar gündəmdədir. Nazirliyin də bu cür adlandırılması da yüksək texnologiyaların inkişafına yönəlib. Son illər ölkədə üç texnopark yaradılıb, nano, kosmik texnologiyalarla bağlı infrasturukturun yaradılmasının yekunu olaraq belə bir addım atılıb”.

O.Gündüz nazirliyin fəaliyyətindən bundan sonra gözlənilən yeniliklərdən də danışdı:

“Bu addımın atılması adıçəkilən sahələrə diqqətin daha da artırılmasına təsir edəcək. Nano və kosmik texnologiyalar sahəsində struktur, maliyyə istiqamətində addımların atılması gözlənilir. Yüksək texnologiyalarla bağlı dövlət proqramı hazırlana, prioritet sahə elan edilə bilər”.

Xatırladaq ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ləğv edilib, onun yerində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm