Nazir müavinləri qadınları belə təbrik etdilər - FOTO
Bizi izləyin

Qırmızı.az

Nazir müavinləri qadınları belə təbrik etdilər - FOTO

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) bayram tədbiri keçirilib.

Publika.Az-ın məlumatlna görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev, Natiq Məmmədov, İlqar Rəhimov, Mətin Kərimli və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev iştirak ediblər.

Nazir müavinləri pansionatda yaşayan qadınları təbrik edərək, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Eyni zamanda, bu gün qadınlar respublikanın ictimai-siyasi həyatında, ölkənin tərəqqisi proseslərində fəal iştirak edir və öz töhfələrini verirlər.

Dövlət himayəsində yaşayan insanların, o cümlədən onlar arasında qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasının daim diqqətdə saxlanıldığı, onların sosial təminatının yaxşılaşdırılması üçün nazirlik tərəfindən aidiyyatı işlərin aparıldığı vurğulanıb. Qeyd olunub ki, dövlətimizin sosial siyasətinin bir məqsədi də tənha ahıl insanların sosial müdafiəsinin daim gücləndirilməsidir və nazirlik bu siyasəti yüksək səviyyədə icra etməyə çalışır. Bütün səylər ona yönəlib ki, sosial xidmət müəssisələrində, o cümlədən bu pansionatda yaşayan qadınlar cəmiyyətdə olan digər qadınlar kimi normal həyat şəraiti ilə təmin olunsunlar. Onların hər hansı bir çətinlikləri olduqda bunu bildirsinlər və əmin olsunlar ki, həmin çətinliklər qısa bir müddətdə aradan qaldırılacaqdır.

Sonra pansionatda yaşayan qadınlara 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələr təqdim edilib. Pansionatın sakinləri onlara göstərilən diqqət və qayğıdan, pansionatda yaradılan şəraitdən razı qaldıqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər. Tədbir musiqili-əyləncəli proqramla davam edib. Qeyd edək ki, Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatda hazırda 140 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır və onlardan 80 nəfəri qadındır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm