Bir ayda 29 mindən çox telefon qeydiyyatdan keçib
Bizi izləyin

Qırmızı.az

Bir ayda 29 mindən çox telefon qeydiyyatdan keçib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mobil cihazlarla bağlı elektron xidmətlərindən istifadənin növbəti statistikası bəlli olub.

RYTN-in Məlumat Hesablama Mərkəzindən Publika.az-a verilən məlumata görə, iyun ayı ərzində “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 29179 dəfə, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən isə 29016 dəfə istifadə edilib.

“Elektron hökumət” portalı üzərindən “Mobil cihazların qeydiyyatdan keçirilməsi” e-xidməti vasitəsilə mobil cihazların İMEİ kodları qeydiyyatdan keçirilir. Portalda “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətini seçməklə mobil cihazların originallığını yoxlamaq mümkündür.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm