“Azərkosmos” mükafatlandırıldı
Bizi izləyin

Qırmızı.az

“Azərkosmos” mükafatlandırıldı

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən İlk Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

Qeyd edək ki, Avropa Oyunları ərəfəsində “Azərkosmos” oyunların peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib.

Belə ki, I Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması Azərkosmosun operatoru olduğu “Azerspace-1” peyki üzərindən həyata keçirilib. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib.

“Azərkosmos” oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm