Masallıda media nümayəndələri ilə görüş keçirilib - FOTO
Bizi izləyin

Qırmızı.az

Masallıda media nümayəndələri ilə görüş keçirilib - FOTO

Masallıda media nümayəndələri ilə görüş keçirilib

Bu gün Masallı rayon mərkəzində Masallı Ziyalılar Cəmiyyəti ilə media nümayəndələrinin görüşü keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, görüşdə regional media nümayəndələri ilə yanaşı paytaxt Bakıda fəaliyyət göstərən media qurumlarının nümayəndələri iştirak edib.

Masallı Ziyalılar Cəmiyyəti sədri Qardaş Fətəliyev çıxışından əvvəl son illərdə görülən quruculuq-abadlıq işləri və həyata keçirilməsi planlaşdırılan işlərlə bağlı videçarx nümayiş etdirilib.

Videoçarx media nümayəndələrinə bir hesabat xarakteri daşıdığını deyən Q.Fətəliyev son illərdə rayonun qazlaşdırılmasında mühüm addımların atıldığını və kəndlərin 72 faizinin təbii qazla təmin olunduğunu bildirib. Ziyalılar Cəmiyyətinin sədri kəndlərin inkişafına xüsusi diqqət yetirilməsinin vacib olduğunu dilə gətirib. O, sosial problemlər üzündən bir neçə il bundan əvvəl Masallı rayonunun Şəhriyar kəndində yalnız bir ev qaldığını, görülən işlərdən sonra isə əhalinin kəndə qayıtdığını deyib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Masallı rayonunda yeni fəaliyyətə başlayan obyektlərin həm məşğulluq, həm də ideoloji baxımdan çox əhəmiyyətli olduğunu bildirib. Masallı rayonun çox həssas bir bölgə olduğunu deyən M.Ələsgərli sözügedən rayonda ideoloji istiqamətə diqqət yetirilməsinin təqdirəlayiq olduğunu deyib. Jurnalistlərin Həmkarlar İttifaqının sədri bölgələrdə media nümayəndələri ilə keçirilən görüşlərin də vacib olduğunu qeyd edib və Mətbuat Şurasının dövlət orqanlarının media orqanları ilə görüşlərinin keçirilməsinin təşkilinə xidmət edən layihənin olduğunu xatırladıb. O, Masallı rayonunda bünövrəsi qoyulan ənənənin digər rayonlarda da davam etdirilməsinin vacib olduğunu bildirib.

Digər çıxışlardan sonra media nümayəndələri mükafatlandırılıb. Publika.Az saytı da “Masallı rayonu haqqında obyektiv yazılarına görə” Fəxri Fərmanla təltif edilib.

Qeyd edək ki, tədbir iştirakçıları tədbirdən əvvəl Prezident İlham Əliyevin 4 Sentyabr 2013-cü il səfəri zamanı açılışını etdiyi Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyəti Mərkəzi, Taekvondo və Boks mərkəzləri, YAP Masallı rayon təşkilatının inzibati binası, həmçinin yenidən qurulan Heydər Əliyev meydanı və Qəhrəmanlar Parkında olublar. Media nümayəndələrinə həyata keçirilən yeni layihələr barədə məlumat verilib. Bildirilib ki, hazırda Masallı şəhərinin Azərbaycan, Həzi Aslanov küçələrində və Talışxanov prospektində abadlıq, quruculuq işləri davam etdirilir. Media nümayəndələrinə inşası planlaşdırılan yeni obyektlərlə bağlı da məlumat verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm