• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Azəryolservis”dən Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı TƏKLİFLƏR

“Azəryolservis”dən Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı TƏKLİFLƏR

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının Tədbirlər Planı ilə bağlı təkliflərlə çıxış edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Publika.az-a bildirdiyinə görə, təkliflərdə Bakıya yük avtomobillərinin yalnız saat 24:00-dan 7:00-a qədər daxil olması nəzərdə tutulub.

A.Nəcəflinin sözlərinə görə, təkliflərdə həmçinin o da qeyd olunub ki, saat 24:00-dan 7:00-a qədər Bakıya daxil olmuş yük maşınlarının saat 7:00-dan sonra şəhərdə hərəkətinə icazə verilməsin:

“Bizi narahat edən yük maşınlarıdır. Yəni saat 24:00-dan 7:00-a qədər yük maşınları şəhərdə hərəkət edə bilər, ancaq 7:00-dan sonra bu yük maşınlarının şəhərdə hərəkət etməməlidir. Həmin maşınlar gecə saat 24:00-dan səhər saat 7:00-a qədər bütün işlərini görüb paytaxtı tərk etməlidirlər. Əgər işlərini yekunlaşdıra bilməyiblərsə, onda şəhərdə qalıb hərəkət eləmirlər və gecə saat 24:00-u gözləyirlər. Bu vaxtdan sonra şəhərdən çıxa bilərlər”.

A. Nəcəfli onu da bildirib ki, əgər yük avtomobilləri şəhərdən çıxmayıb gündüz saatlarında paytaxtda hərəkət edərlərsə, onları cəza gözləyəcək: “Əgər bizim təkliflərimiz qəbul olunsa, onda, yəqin ki, polis tərəfindən həmin qaydanı pozan yük avtomobilləri müəyyən miqdarda cərimə olunacaqlar”.

Təkliflər yalnız yük avtomobillərinə aiddir və minik avtomobilləri ilə bağlı heç bir təklif nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Bakı - 2015” I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxta gəlmiş qonaqların hələ də Bakıda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.

Xatırladaq ki, hazırda Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə müzakirələr aparılır.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR