“Space”-in yayımı dayandırıla bilər - MTRŞ - VİDEO
Bizi izləyin

Qırmızı.az

“Space”-in yayımı dayandırıla bilər - MTRŞ - VİDEO

“Space” televiziyasının yayımı dayandırıla bilər.

Publika.azxəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirərkən deyib.

Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:

“Biz “Space” telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq”.

Gələn həftə kanalla bağlı ciddi tədbirlər görüləcəyini deyən T. Məmmədovun sözlərinə görə, cəza MTRŞ-nın iclasında verilən qərardan asılıdır:

“Gələn həftə MTRŞ-da üzvlərin iştirakı ilə iclas keçiriləcək. Ciddi tədbir iclasda veriləcək qərardan asılıdır. Qərardan asılı olaraq bu, cərimə, xəbərdarlıq, proqramın yayımının dayandırılması və ya ümumi yayımın dayandırılması da ola bilər”.

Qeyd edək ki, bir neçə gün öncə kanalda yayımlanan “Günaydın” verilişində baş verən qalmaqaldan sonra MTRŞ sədri Nuşirəvan Məhərrəmli telekanal rəhbərliyi ilə görüşərək rəhbərliyin üzr istəyib məsələ ilə bağlı ciddi tədbirlər görüləcəyinə söz verdiyini desə də, sözügedən verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

Bu gün “Space” kanalında yayımlanan “Əsl şou” verilişində isə aparıcı Səidə Sultan və müğənni Rəhim Rəhimli efirə yaraşmayan ifadələr işlədib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm