Azsaylı xalqların uşaqları üçün tədris planı təsdiqləndi
Bizi izləyin

Qırmızı.az

Azsaylı xalqların uşaqları üçün tədris planı təsdiqləndi

Təhsil naziri Mikayıl Cabbarov azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planının təsdiqi barədə əmr imzalayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının tədrisin Azərbaycan, rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planı və tədris planına dair qeydlər təsdiqlənib.

Tədris planı azsaylı xalqların uşaqlarının tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də onların məktəbə hazırlığının təmin olunmasını nəzərdə tutur. Hazırlıq sinfinə hər il sentyabr ayında 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər.

Hazırlıq sinfi, bir qayda olaraq, uşaqların sayı 20-dən artıq olmamaqla komplektləşdirilir. Zəruri hallarda həmin sinif məktəbin yerləşdiyi ərazidəki 5 yaşlı uşaqların sayı nəzərə alınmaqla az uşaq sayı ilə də (5 nəfərdən az olmamaq şərtilə) komplektləşdirilə bilər.

Hazırlıq sinfində dərs məşğələləri həftədə 4 gün təşkil olunur. Bir dərs məşğələsinin müddəti 35 dəqiqədir. 1-ci və 2-ci məşğələnin hər birindən sonra 5, üçüncü məşğələdən sonra isə uşaqlara 15 dəqiqəlik tənəffüs verilir.

Hazırlıq sinfində təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.

Hazırlıq sinfində məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, şagirdlərin təlim nailiyyətləri şifahi formada aparılır və bu barədə valideynlərə məlumat verilir.

Hazırlıq sinfində məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

Hazırlıq sinfində təhsil alan uşaqlar dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm