Cavid Qurbanov: “Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər”
Bizi izləyin

Qırmızı.az

Cavid Qurbanov: “Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər”

“Bir çox məsul işçilər onlara tapşırılan işin məsuliyyətini dərk etmirlər. Bununla əlaqədar struktur islahatlarının aparılmasına ciddi ehtiyac yaranıb”.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov kollegiya iclasında deyib.

C.Qurbanov giriş sözü ilə çıxış edərək dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C. Qurbanov deyib ki, hazırda dəmir yolunda bir sıra yeni layihələr icra olunmaqdadır. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub.

C. Qurbanov bildirib ki, bir çox problemlər də mövcuddur. Geniş kollegiya iclasında bir neçə idarə və stansiya rəhbəri işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm