Çaylarda suyun səviyyəsi açıqlandı
Bizi izləyin

Qırmızı.az

Çaylarda suyun səviyyəsi açıqlandı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-110, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyulun 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Şirvanda 6 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 sm, Şirvanda 181 sm, Salyanda 85 sm, Bankədə 186 sm, Araz çayının Novruzlu məntəqəsində isə 46 sm təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm