18 nəfəri ilan sancdı
Bizi izləyin

Qırmızı.az

18 nəfəri ilan sancdı

Mövsüm başlayandan bu günə qədər ilan sancması ilə 25 nəfər müraciət edib. Müraciətlərin 7-si may, 18-i iyun ayında olub.

Bu sözləri Publika.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, iyun ayında müraciət edənlərin 12-si xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə ilkin yardım göstərilib, evə buraxılıb. Ilan sancanların 2-si uşaq olub.

“Müraciətlər həm paytaxt, həm də bölgələrdən olub. Bölgələr arasında əsasən, Hacıqabul, Şirvan, Şamaxı, Qəbələ, Yevlax, Bərdə Şəmkir, Cənub rayonlarından olub. Konkret olaraq hansı bölgənin üstünlük təşkil edəcəyini demək çətindir. Çünki bütün bölgələrdən müraciətlər olub. Bakıda isə əsasən Maştağa, Zirə, Qaradağ, Güzdək üstünlük təşkil edir. Ümumilikdə, ilansancma əsasən, daş karxanaları və kənd təsərrüfatı sahələrində olur. Müraciətlərə əsasən, deyə bilərik bu il gürzə ilanları daha aktivdir”.

A.Maqsudov ilansancma zamanı ilkin müdaxilədən də danışıb:

“Bəzən insanlar ilkin yardımdan xəbərsiz olur. İlan dişləyən yerə qatıq çəkir, zəhəri ağızla çəkməyə, yaranı kəsməyə çalışırlar. Bu üsulların heç birini məsləhət görmürük, bunlar ilan sancan yerdə infeksiyalaşmaya səbəb olur. Bu da sonradan müalicə prosesini çətinləşdirir. İlan sancan insan hərəkətsiz vəziyyətdə saxlanmalıdır. Həmin hissə iplə sarılmalıdır ki, zəhər bədənə yayılmasın, ən geci yarım saata həkimə çatdırılmalıdır. Bəzən isə hadisə baş verəndən iki-üç gün sonra vətəndaşlar həkimə müraciət edirlər. Bu isə çox yanlışdır və ağır fəsadlarla nəticələnə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm