• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Çin Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib

Çin Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib

Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təqaüd proqramı Azərbaycan və Çinin Təhsil nazirlikləri arasında 13 iyul 2012-ci il tarixində imzalanmış sazişə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir il çin dili üzrə hazırlıq kursu keçməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşlarından 27 mart tarixinə kimi tələb olunan bütün sənədlərin elektron surətini (skan) elektron poçtla m.agayeva@edu.gov.az ünvanına göndərmələri xahiş olunur.

Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Müsahibə 2, 3 və 4 aprel tarixlərində Təhsil Nazirliyində keçiriləcək.

Elektron poçtla göndərilən sənədlərin çap versiyasını müvafiq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur. Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5 x 4,5 sm. ölçüdə) əlavə edilməlidir.

Daha ətraflı məlumat üçün Təhsil Nazirliyinin www.edu.gov.az saytına daxil olun.

Qeyd edək ki, hazırda Çin ali məktəblərində 26 nəfər Azərbaycan vətəndaşı biznes, iqtisadiyyat, turizm, tibb və digər ixtisaslar üzrə təhsil alır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR