Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-iyun aylarında 5,3 faiz aşağı düşüb. Bu barədə Trend “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Publika.az xəbər verir ki, “Facebook”un Azərbaycan bazarında iyunun sonuna olan payı 83 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 77,1 faiz çoxdur.

2015-ci il ilk 6 ayının nəticələrinə görə, Azərbaycanda sosial şəbəkələr arasında ikinci yerdə olan “Twitter” auditoriyasında 70,1 faiz artım qeydə alınıb. 2015-ci il iyulun 1-nə bu şəbəkənin ölkə bazarında payı 9,58 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5 dəfə çoxdur.

1,93 faizlik payla üçüncü yerdə “Pinterest” qərarlaşıb. Daha sonra “Tumbir” (1,83 faiz), “Google+” (1,54 faiz), “Vkontakte” (1,01 daiz), “StumbleUpon” (0,49 faiz) və b. gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm