Cəbhə xəttində 3 sakini ilan sancdı
Bizi izləyin

Qırmızı.az

Cəbhə xəttində 3 sakini ilan sancdı

Ağdam rayonunda son bir neçə gün ərzində üç nəfəri ilan sancıb.

Publika.az xəbər verir ki, Ağdam rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya ilan və əqrəb sancması diaqnozu ilə üç vətəndaş daxil olub.

Müraciət edənlərin hər üçü cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləridir. Baş həkim Gülnar Abbasovun sözlərinə görə, daxil olan xəstələrin hamısına vaxtında yardım edilib.

Xəstəxanadan onu da bildirdilər ki, ehtiyatda kifayət qədər ilan zəhəri əleyhinə dərman mövcuddur.

Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm