Sabahdan temperatur 40 dərəcəyə çatacaq
Bizi izləyin

Qırmızı.az

Sabahdan temperatur 40 dərəcəyə çatacaq

Həftənin ilk iş günündə - iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu barədə Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 22-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 23-24 dərəcə isti, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonarında hava yağmursuz olacaq, şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı ehtimalı var.

Dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı ehtimalı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm