Qırmızı.az
Məhkuma məxsus siqaret qutusunun içindən mobil telefon çıxdı
3 sayli İstintaq təcridxanasında və Qobustan həbsxanasında qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə
verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı
İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək həbs
edilmiş Əvəz Ağalar oğlu Məmmədovun etapla müəssisəyə daxil olduğu
zaman əşyalarına və üzərinə baxış keçirilərkən, ona məxsus
"Davidoff" siqaret qutusunun içərisində gizlədilmiş bir ədəd
"Nokia-6100" markalı mobil telefon aparatı, elektrik
qidalandırıcısının qırığı və bir ədəd "Nar" danışıq kartı aşkar
edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata
keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan
həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan
məhrum edilmiş məhkum Elnur Məzahir oğlu Cahangirlinin saxlandığı
kameraya və üzərinə baxış keçirilərkən, ona məxsus balışın
içərisindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar
edilərək götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!