“Space” işdən çıxardığı aparıcılarla bağlı əmrləri MTRŞ-ya göndərdi
Bizi izləyin

Qırmızı.az

“Space” işdən çıxardığı aparıcılarla bağlı əmrləri MTRŞ-ya göndərdi

“Space” telekanalının rəhbəri Vaqif Mustafayev telekanalda yayımlanan “Günaydın” və “Əsl şou” verilişlərində baş verən qalmaqallarla bağlı görülən tənbeh tədbirləri - əmrlərin surətini Milli Televiziya və Radio Şurasına (MTRŞ) göndərib.

Bunu Publika.az-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Kanal rəhbərliyinin olayla bağlı bütün sənədləri təqdim etdiyini deyən T. Məmmədovun sözlərinə görə, hər iki verilişin aparıcısı efirdən kənarlaşdırılıb:

“Bizə göndərilən əmrlərin surətlərində göstərilir ki, “Günaydın” və “Əsl şou” verilişlərinin aparıcıları efirdən kənarlaşdırılıb. Hər iki verilişdə efirə məsul şəxslər ciddi cəzalandırılıb və verilişləri hazırlayan prodakşnlara xəbərdarlıq edilib”.

T. Məmmədovun sözlərinə görə, yaxın günlərdə bu sənədlər mətbuata açıqlanacaq.

Qeyd edək ki, “Space”in efirində yayımlanan “Günaydın” və “Əsl şou” verilişlərində efirə uyğun olmayan qeyri-etik ifadələr işlədilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm