AMEA magistraturaya qəbulda boş qalan yerlərin sayını açıqladı
Bizi izləyin

Qırmızı.az

AMEA magistraturaya qəbulda boş qalan yerlərin sayını açıqladı

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə keçirilən imtahanlar zamanı bir boş yer qalıb.

AMEA-dan Publika.az-a verilən məlumata görə, bu il magistraturaya qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Yerlərdən yalnız biri boş qalıb.

Hazırda magistraturaya qəbul olan şəxslərin sənəd qəbulu davam edir. Proses iyulun 10-da başa çatacaq. Daha sonra boş qalan yerə sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, AMEA-da bu il ilk dəfə magistraturaya qəbul imtahanı keçirilib.Magistraturaya tələbə qəbəlu yalnız dövlət sifarişi əsasında aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm