Aeroporta gedən yolda yerüstü keçidlər təmir olunur - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Aeroporta gedən yolda yerüstü keçidlər təmir olunur - FOTOLAR

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu işlər çərçivəsində Heydər Əliyev prospektində, daha dəqiqi “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işlərinə aparılır.

Bu gündən etibarən sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.

İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm