• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müəllimlərin əmək haqqı sistemində yenilik

Müəllimlərin əmək haqqı sistemində yenilik

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb.

ADİU-dən Publika.az-a verilən xəbərə görə, qərar Elmi Şuranın iclasında qəbul edilib. Əmək haqqlarına differensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir.

Yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedoqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək. Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq.

Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əmək haqqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1-2 misli qədər nəzərdə tutulub.

Müəllimlər ilə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərmiş kafedra müdiri əmək haqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət edə biləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR