Nazirlik ətraf mühiti zibilləyənləri 81 min manat cərimələdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik ətraf mühiti zibilləyənləri 81 min manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Publika.az xəbər verir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı qeydə alınan pozuntulara qarşı tədbirlər görülüb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 88 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 62 iş üzrə 380430 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 3322.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 524 iş üzrə 81514.75 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına isə 24 iş göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm