Qırmızı.az
Rusiyaya işləməyə gedən soydaşlarımızın vəziyyəti pisləşdi - VİDEO
Son zamanlar əmək miqrantlarına qarşı qaydaların sərtləşdirildiyi Rusiyada əcnəbilərin bu ölkədəki hüquqi durumlarıyla bağlı daha bir qanun qəbul edilib. Əmək patentində peşəsini düzgün göstərməyən miqrantları böyük cəzalar gözləyir.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya prezidenti
Vladimir Putin xarici ölkə vətəndaşlarının Rusiyadakı hüquqi
statuslarıyla bağlı yeni qanun imzalayıb. Buna görə əmək patentində
göstərilən fəaliyyət nüvündən kənar işlə məşğul olan əcnəbilərin
100 dollar miqdarında cəzalandırılması və patentin ləğvi nəzərdə
tutulur. Bundan sonra əmək miqrantları fəaliyyət sahələrini
dəyişdikdə rəsmi məlumat verməlidirlər.
Rusiya Miqrantlar Federasiyasının prezidenti Muhammed Amin
Madjumder isə yeni qanunun miqrantlara daha çox təzyiq göstərməkdən
başqa heç bir məqsəd daşımadığını düşünür:
“Rusiya əmək miqrantlarını qəbul edəndə onların peşəsini əsas
götürmür. O halda hansı əsasla belə bir qanun qəbul edildiyini
anlamaq mümkün deyil. Belə çıxır ki, patentində peşəsi aşçı yazılan
bir miqrant ofisiant işləsə, patentsiz qalacaq. Belələri isə
deportasiya edilir. Bütün bu qanunlar miqrantları daha çox əzmək
üçün qəbul edilir”.
Yeni qanun azərbaycanlı miqrantlara da təsirsiz ötüşməyəcək.
Çalışmaq ücün patent almaqda onsuz da maraqı olmayan
həmvətənlərimiz arasında qanunsuz çalışanların sayının daha da
artacağı gözlənilir.
“Moskvada patent almaq çətinləşib. Birinci? rus dilini
bilməlisən, ikinci? imtahan verməlisən və üçüncüsü? bir firmayla
əmək müqaviləsi imzalamalısan. Belə firma tapmaq isə? demək olar
ki, mümkün deyil. Ona görə mənim tanıdığım azərbaycanlıların
əksəriyyəti patentsiz işləyirlər”, – deyə azərbaycanlı miqrant
Səfər Abıyev bildirib.
Rəsmi rəqəmlərə görə, Rusiyada 2015-ci ilin ilk beş ayında əcnəbilərə 1 milyon əmək patenti verilib ki, bu da dövlət büdcəsinə 150 milyon dollar gəlir gətirib.
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü