Azərbaycanda ilk - "Kök hüceyrə transplantasiyası" keçirildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ilk - "Kök hüceyrə transplantasiyası" keçirildi - FOTOLAR

ATU-nun Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir qrupla ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib. Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə trans ediblər.

Qrupda Transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr.Qalib İmanov, Hematoloq Dr. Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı, Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm