Rus astroloqu: “Bu il Azərbaycanda müharibə ola bilər”
Bizi izləyin

Qırmızı.az

Rus astroloqu: “Bu il Azərbaycanda müharibə ola bilər”

Rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi ilə bağlı 2014-cü ildə müharibələr olacaq. Bunu rusiyalı astroloq Pavel Qloba deyib. Pavel Qloba müharibə olacaq mümkün olan ölkələrdən Suriyanın, İranın, Azərbaycanın və Türkmənistanın adını çəkib.

Əslində isə Pavel Qloba Rusiya ilə Ukrayna arasında gözlənilən müharibədən danışaraq bildirib ki, Lermontovun lənətlənmiş yubileyində Rusiya qəsdən müharibəyə sürüklənir. O, çox böyük ehtimalla müharibənin Rusiyada deyil, Ukraynada olacağı fikrini söyləyib. Pavel Qloba hesab edir ki, Rusiya adları çəkilən ölkələrdəki müharibədən uzaq durmalıdır.

Bütün bu deyilənlər 2014-cü ilin yanvarında işıq üzü görən “7 gün” jurnalında yer alıb. Qloba bildirir ki, Rusiyanın məşhur şairinin yubileylərində Rusiyada həmişə ağrılı hadisələr baş verib.

Astroloqun fikrincə, 2014-cü il özündə iki simvolik dövrü (Qırmızı Xoruz və Göy At) birləşdirir. Bunların rəngi isə Ukrayna bayrağını yaradır.

Pavel Qloba Yer kürəsinin insanlarını iyul ayından noyabr ayınadək ehtiyatlı olmağa səsləyir. Belə ki, həmin dövrdə Lermontov anadan olub və ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm