Təcili Yardımdan boğazına bıçaq çəkilən həkimlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Təcili Yardımdan boğazına bıçaq çəkilən həkimlə bağlı AÇIQLAMA

Bakıda 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq çəkilib. Belə ki, həkim Xəzər rayonu Binə qəsəbəsi Yeni Sahə adlanan ərazidə xəstə Cahangir Əliyevə yardım göstərib. Lakin xəstənin oğlu onun gec gəldiyini iddia edərək Şəfəq Alıyevanın boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin Publika.az-a verdiyi məlumata görə, təcili yardım həkimləri belə hallarla tez-tez qarşılaşır. Bütün baş verən hadisələr barədə hüquq mühafizə orqanlarına məlumat verilir.

“Biz insanları başa düşürük, yaxınının həyatı təhlükədə olur, ona görə də əsəbi, gərgin ola bilirlər. Bu zaman da günahı həkimdə görüb ona təzyiq göstərirlər. Amma bizim həkimlərimiz belə hallarda necə davranmalı olduqlarını bilirlər. Hadisədən sonra hüquq mühafizə orqanlarına məlumat verilir, onlar araşdırma aparıb tədbir görürlər. Əvvəl belə hallar daha çox olurdu. Lakin səhiyyə naziri tərəfindən Daxili İşlər Nazirliyinə müraciət ediləndən sonra tədbirlər gücləndirilib və xoşagəlməz halların sayı azalıb”.

Qeyd edək ki, Şəfəq Alıyevanın boğazına bıçaq çəkilməsi ilə bağlı ilk xəbər qafqazinfo.az saytı tərəfindən yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm