• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu gecə Qədr gecəsidir

Bu gecə Qədr gecəsidir

Bu gecə müqəddəs Ramazan ayının ikinci Qədr gecəsidir.

Publika.az xəbər verir ki, bu il Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-na, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-na, iyulun 13-dən 14-nə keçən gecələr) təsadüf edir. Şəvval ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.

Bu gecələrin birində müqəddəs Qurani-Kərim nazil olub.

İlahiyyatçıların sözlərinə görə, Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Allah-Təala o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir. Bu gecə məscidlərə gəlməkdən və evlərimizdə səhərə qədər oyaq qalıb Allaha ibadət etməkdə məqsəd budur ki, Allah-Təalaya ibadət və dua edib günahlarımızın bağışlanmasını diləyək. Bu gecə Allah özü insanları dəvət edərək onların günahlarını bağışlayır. Hər kəs bu gecə onun qapısına getsə, əliboş qayıtmaz. Çünki Allah-Təala özü onu dəvət edib və mümkün deyil ki, kimsə onun qapısına gəldikdə əliboş qayıtsın.

Qədr gecələrinin əməlləri:

1) Qüsl etmək. Qüsl edərkən belə niyyət edilməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.

3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”.

4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.

5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam”.

Xatırladaq ki, müqəddəs Ramazn ayı iyunun 18-dən başlayıb.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR