Ramil Səfərov və həyat yoldaşı iftar süfrəsində (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Ramil Səfərov və həyat yoldaşı iftar süfrəsində (FOTOLAR)

Millət vəkili Qənirə Paşayeva zabit Ramil Səfərov və xanımı Şəbnəm Səfərova ilə iftar süfrəsində bir araya gəlib.


ANS PRESS-in məlumatına görə, deputat bu görüşü əks etdirən fotonu sosial şəbəkədə paylaşıb.


“Dəyərli qardaşımız Ramil Səfərov və gözəl xanımı Şəbnəmlə iftar süfrəsində gözəl söhbət də etdik. Dəyərli dostlarıma gözəl qızı ilə hər zaman mutlululuq diləyirəm. Allah hər kəsin orucunu və dualarını qəbul etsin!”- deyə Qənirə Paşayeva fikirlərini bölüşüb.



Sözügedən iftar süfrəsində Türkiyə Cumhuriyyəti Din Xidmətləri müşaviri Kamil Güneş və ailəsi də iştirak edib. Qənirə xanım Kamil bəyə Azərbaycanda yeni başladığı fəaliyyətində uğurlar və ailəsi ilə birlikdə dualarının qəbulunu diləyirib.



İftarda bir sıra Qarabağ qaziləri də iştirak edib. "Qarabağ qazimiz Mübariz bəyin ailəsi və bir sıra əziz qazilərimizlə gözəl söhbət etdik. Qazilərimizlə birlikdə gələn Ramazanı işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də qeyd edək deyə hər gün etdiyimiz duanı etdik. İnşallah o gün uzaqda deyil!" , - deyən Qənirə xanım, Allahdan hər kəsin tutduğu orucun qəbul etməsini diləyib.



İftar süfrəsinə Rusiyadan gəlmiş bəzi soydaşlarımız və bəzi məcburi köçkün ailələri dəvət edilib. Millət vəkili onlarla maraqlı söhbət etdiklərini yazıb: "Soydaşlarımızın fikir və düşüncələrini dinlədik. İnşallah gələn Ramazanı işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də qeyd edək.Hər kəsin bununla bağlı duaları qəbul olsun inşallah".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm