Səhiyyə Nazirliyi bu klinikaları bağladı - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi bu klinikaları bağladı - SİYAHI

Səhiyyə Nazirliyi 6 özəl tibb müəssisəsini bağlayıb.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində fəaliyyəti dayandırılan klinikalar bunlardır: "VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC.

Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılmışdır.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm