Biabırçılıq: “Azərbaycan dili” imtahanına 800 abituriyent gəlmədi, 50 faiz “2” aldı
Bizi izləyin

Qırmızı.az

Biabırçılıq: “Azərbaycan dili” imtahanına 800 abituriyent gəlmədi, 50 faiz “2” aldı

Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün «Azərbaycan dili» fənnindən keçirilmiş imtahanın nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdan Publika.az-a verilən xəbərə görə, imtahan nəticələri Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək «məqbul» qiymət alıb.

«Azərbaycan dili» fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm