• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İxtisas seçimi başlayır

İxtisas seçimi başlayır

Ümumi ( 9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, həmin abituriyentlər 21 iyul saat 23:59-a kimi TQDK-nın internet saytında https://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər. İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Qeyd edəki ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR