NASA Marsın interaktiv xəritəsini hazırladı
Bizi izləyin

Qoroskop

NASA Marsın interaktiv xəritəsini hazırladı

Amerika Milli Kosmik Agentliyi (NASA) müxtəlif missiyaların gedişatında alınan təsvirlərin əsasında Mars planetinin “Mars Trek” adlı interaktiv xəritəsini hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Wired UK” portalında bildirilir.

Planeti həm ev kompüterləri, həm də mobil qurğular vasitəsilə 3D və 2D formatında araşdırmaq mümkündür. Digər planetlərin də interaktiv xəritələrinin hazırlanması üzrə iş davam edir.

Marsın interaktiv xəritələrini əvvəllər də əldə etmək mümkün idi. 2009-cu ildən planetin 3D xəritəsi “Google Earth” xidmətində yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm