• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 13 iyul

  • Qoroskop
  • 13 İyul 2015 00:03
  • 1 508 Baxış
Astroloji proqnoz - 13 iyul

QOÇ - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət barədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.

BUĞA - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acıdil adamların atmacalarına təmkinlə yanaşmalısınız. Sürprizlər də gözlənilir.

ƏKİZLƏR - Adətən ilin bu ərəfəsində Ay sizin bürcdə olanda mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Yalnız səfərə çıxmaq uğurludur.

XƏRÇƏNG - Göy qübbəsi süstlük içində olduğunuzu göstərir. Amma ümidsizləşməməli, həyata daha nikbin nəzərlərlə baxmalısınız. Kollektiv şəkildə mənəvi istirahət etmək istəyirsinizsə, tələsin.

ŞİR - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.

QIZ - Yaxşı olar ki, zehni işlərinizi azaldıb daha çox dincələsiniz. Fəaliyyətə isə ümumiyyətlə ara verin. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.

TƏRƏZİ - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.

ƏQRƏB - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı bərk-bərk qoruyun.

OXATAN - Nahara qədər bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız da var. Bacardığınız qədər təmkinli olun.

OĞLAQ - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra mənəvi istirahətə yer verin.

SUTÖKƏN - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.

BALIQLAR - Gələcək perspektivlərlə bağlı apardığınız bütün sövdələşmələriniz uğurlu olacaq. Odur ki, istənilən görüşdən imtina etməməlisiniz. Bu təqvim alqı-satqı üçün də düşərli ola bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR