• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Astroloji proqnoz - 14 iyul

  • Qoroskop
  • 14 İyul 2015 00:01
  • 1 303 Baxış
Astroloji proqnoz - 14 iyul

QOÇ – İxtiyarınızda olan bu gündə daha çox istirahətə önəm verin. Hansısa mübahisəli məsələlərə aydınlıq gətirməyə tələsməyin. Əks təqdirdə baş verənlər əsəbləriniz tarıma çəkəcək.

BUĞA - Bütün gücünüzü daxili sabitliyin bərpasına sərf edin. Onsuz da gün ərzində qeyri-adi yeniliyin şahidi olmayacaqsınız. Kosmik fonun bürcünüzdəki neqativliyini nəzərə alın.

ƏKİZLƏR - Pul qazanmaq üçün şanslı təqvim olsa da, münasibətlər zəminində ölçülü-biçili davranmalısınız. Ailə-sevgi davranışlarında özünüzü çoxbilmiş və haqlı kimi göstərməyin.

XƏRÇƏNG - Hazırda qərar tutduğunuz ünvanlarda önəmli yeniliklər gözlənilmədiyi üçün ulduzlar vaxtınızı səfər və qonaqlıqlara həsr etməyi daha münasib sayır. İmansız adamlardan qaçın.

ŞİR - Hər mənada gərgin gündür. Bu səbəbdən hətta kiməsə salam verərkən də ehtiyatlı olun. Nəqliyyata az minin, ümumiyyətlə, iqlimin təhərindən asılı olaraq daha çox ev şəraitində olmağa çalışın.

QIZ – Son aylar sanki tam real olan bütün işləriniz boşa çıxıb. Bu səbəbdən də əsəbi və bədbin olmusunuz. Elə isə bu günə ümid bəsləməyə dəyər. Amma danışıq aparan zaman güzəştə çox getməməlisiniz.

TƏRƏZİ - Sağlıq durumunuzda fəsadlar gözlənilir, amma həkimlərin yanlış diaqnozu da mümkündür. Odur ki, özünüzə özünüz əncam çəkin. Xalq təbabəti üsullarından da yararlanmaq olar.

ƏQRƏB - Baxmayaraq ki, çoxları istirahətə köklənib, sizin üçün daha çox aktivlik ərəfəsidir. Çünki bu təqvimdə elə planlarınız həyata keçə bilər ki, növbəti yarım ayda sizə səmərə verər.

OXATAN - Qoroskopa görə bu günün ən aktiv bürcü siz olmalısınız. Amma özünüzü hər hansı xəstəlikdən qoruyun ki, əhvalınız aşağı düşməsin. Belə probleminiz olmasa, hər şey xeyrinizə olacaq.

OĞLAQ - Ötən ongünlükdə yığdığınız gərginliyi dəf etmək üçün mənəvi istirahətə, sevdiyiniz insanlarla bir araya gəlməyə daha çox yer verin. Büdcənizdə müsbət dəyişiklik də gözlənilir.

SUTÖKƏN - Bu gün aldığınız istənilən iş təklifinin müsbət nəticəsi olacaq. Odur ki, bəzi adamların paxıllıqdan doğan "məsləhətlərinə" əhəmiyyət verməyin. Kasıbçılığı sınaq kimi dəyərləndirin.

BALIQLAR - Qarşınızda əsl biznes günü durub. Odur ki, vaxtı fövtə verməməli, qarşınıza çıxan hər bir şansdan yararlanmalısınız. Köhnə ideyalara yenidən baxmaq da olar. Ünsiyyətdə acıdil olmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR