NASA zondu Plutonun yaxınlığından keçib - FOTO
Bizi izləyin

Qoroskop

NASA zondu Plutonun yaxınlığından keçib - FOTO

NASA-nın New Horizons kosmik zondu saniyədə 14 km sürətlə Pluton planeti yaxınlığından keçib.

Bundan əvvəl ABŞ kosmik agentliyi Plutona sürətlə yaxınlaşan kosmik aparatdan planetin indiyədək çəkilmiş şəklini yaymışdı.

Güman edildiyinə görə, Plutona ən yaxın məsafəyə, 12,500 kilometrlik məsafəyə yaxınlaşdığı zaman kosmik zondun Günəş sisteminin kandarında yerləşən bu cırtdan planet barədə xeyli sayda foto və elmi məlumat toplamaq imkanı olacaq.

null

Aparatın göndərdiyi radiosiqnal yerə çatanadək 5 milyard km məsafə keçməlidir.

New Horizons aparatının 2,370 km diametri olan Pluton planetinin yaxınlığından uçması anı kosmosun fəthi tarixində əlamətdar an sayılacaq.

Missiyanın uğurla başa çatması Günəş sisteminin "klassik" 9 planetinin ilkin tədqiqatı mərhələsinə yekun vuracaq.

Bu o deməkdir ki, Merkuri planetindən tutmuş Plutona qədər həmin 9 planetdən hər birinə tədqiqat məqsədilə heş olmasa bir dəfə kosmik zond göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm