Astroloji proqnoz - 17 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 17 iyul

QOÇ – Saat 14-ə qədər olan ərəfə istisna olmaqla qalan saatları yüksək əhval-ruhiyyədə başa vuracağınız ehtimal olunur. Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir.

BUĞA - Müəyyən çalarlarına görə, bəxtinizə ziddiyyətli təqvim düşüb. Qarşılaşdığınız proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələcək. Uzaq səfərlərdən imtina edin.

ƏKİZLƏR - Saat 16-ya qədər nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirməkdə çətinliyiniz olsa da, ailə-sevgi zəminində yeni mərhələyə qədəm qoyacaqsınız. Odur ki, bərk durun!

XƏRÇƏNG - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Hansısa ciddi və riskli işlərə qol qoymamalısınız. Bu günün işini sabaha saxlamayın. Qərarlarınızda qəti olun.

ŞİR - Dünəndən mənfi enerjili Ay bürcünüzdə olsa da, aktivliyinizi artırmalısınız. Bunun öhdəsindən gəlsəniz, ulduzlar yardımçınız olacaq. Sənədləşdirmə işlərinə diqqət yetirin.

QIZ - Maliyyə məsələlərində uğurlarınız mümkündür. Axşamı hər hansı məclisdə keçirməyiniz daxili nigarançılığınızı azaldacaq. Qonşu və qohumlarla münasibətləri məcrasından çıxarmayın.

TƏRƏZİ - Bu tarix şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün böyük əhəmiyyət kəsb edəcək. Boş dayanmaqdansa səylərinizi birləşdirib yalnız irəli getməlisiniz. İşıqucu gələn bütün yollara baş vurun.

ƏQRƏB - Günün ümumi görüntüsü işlərinizin normal tərzdə cərəyan edəcəyinə əsas verir. Hər hansı qanqaraçılıq və ya məyusluq ehtimalı yoxdur. Ailə zəminində isə hər şey ürəyinizcə olacaq.

OXATAN - Bu gün yaxın ünsiyyətdə olduğunuz insanların əksəriyyəti problemlərinizin həllində böyük rol oynayacaqlar. Bu, çıxardığınız qərarlardan, atdığınız addımlardan birbaşa asılı olacaq.

OĞLAQ - Nəzərdə tutduğunuz əksər sahələrdə irəliləyişə nail olacaqsınız. Həmkarlarınızla ünsiyyətdə obyektiv olun. Öz müsahiblərinizə bacardığınız qədər güzəştə gedin. Mistik düşüncələrdən uzaq olun.

SUTÖKƏN – Əgər ixtiyarınızda olan bu ərəfədən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək. Bəxtinizdə pul da var.

BALIQLAR - Həddindən ziyadə uğurlu ərəfədir. Mövcud sıxıntı və nigarançılığınızı aradan qaldırmaq üçün ətrafınızdakılar sizə yardımçı olacaqlar. Yaşca sizdən böyük olanlara qulaq asın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm