Qoroskop
Astroloji proqnoz - 19 iyul
QOÇ - İş barədə düşünməyə dəyməz. Çünki ulduzlar sizə istirahət, əyləncə və səfərlər tövsiyə edir. Qətiyyən "kef-damaq harama yaraşır?" deməyin. Axı dərdlə sevinc əkiz yaranıb.
BUĞA - Fəaliyyətlə bağlı müəyyən irəliləyişlərə nail olacağınızdan xəbər verən ulduzlar hər an təmkin göstərməyinizi tələb edir. Çünki hər şeyə birdən-birə nail olmaq mümkün deyil.
ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə gərgin gündür. Az qala ətrafınızda olan hər kəs əsəblərinizi tarıma çəkməyə çalışacaq. Odur ki, mənasız söhbətlərə aludə olmamağınız məsləhətdir.
XƏRÇƏNG - Əsas işinizi pul məsələləri üzərində qurun. Çünki bütün astroloji göstəricilər yalnız maliyyə cəhətdən uğurlarınızın artacağını bəyan edir. Heç kimə borc verməyin.
ŞİR - Qarşılıqlı münasibətlər zəminində mübahisələriniz gözlənilir. Bu istiqamətdə daha çox iş yoldaşlarınız və qonşularınızla soyuqluq mümkündür. Xırdaçılığa meyl etməyin.
QIZ - Səhhətlə bağlı problemləriniz bu gündən etibarən qaydasına düşəcək. Bununla da aktivliyiniz artacaq. Saat 15-19 arası perspektivli danışıqların və digər sürprizlərin iştirakçısı olacaqsınız.
TƏRƏZİ - Nə qədər qaynar olsa da, bu təqvim öz çalarlarına görə, iç dünyanızda böyük dəyişiklik edə bilər. Odur ki, savab işlərinizin sayını artırmalısınız. Saat 20-dən sonra mütləq evdə olun.
ƏQRƏB - Yaxşı olar ki, əsas enerjinizi fəaliyyətə yönəldəsiniz. Hansısa sövdələşmə və maliyyə planları isə perspektivli deyil. Risk etməkdənsə həyatın axarına qoşulmağınız yaxşıdır.
OXATAN - Bütün göstəricilər maraqlı insanlarla rastlaşacağınızdan, uğurlu məqamlar yaşayacağınızdan xəbər verir. Fəaliyyətdə və işgüzar sövdələşmələrdə isə hansısa yenilik olmayacaq. Səfərə çıxmayın.
OĞLAQ - Qərarlarınızda ədalətlilik prinsiplərinə söykənsəniz, mövcud problemləriniz həll oluna bilər. Heç olmasa bu gün hamı haqqında yaxşı düşünün ki, hər şey müsbət sonuclansın.
SUTÖKƏN - Vəzifəcə sizdən yüksək olan şəxslər haqqında mənfi fikrə gəlməyiniz işlərinizin gedişində qüsurlar yaradır. Naşükür olmayın. Unutmayın ki, həmişə "su axıb öz çuxurunu tapar".
BALIQLAR – Saat 12-17 arası qalmaqallı situasiyalara cəlb oluna bilərsiniz. Bu, ilk növbədə pulla bağlı ola bilər. Göy qübbəsi əmin olmadığınız işlərə görə vəd verməyinizin əleyhinədir.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır