• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 22 iyul

  • Qoroskop
  • 22 İyul 2015 00:06
  • 1 681 Baxış
Astroloji proqnoz - 22 iyul

QOÇ - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki gələcək perspektivləriniz iyulun bu təqvimindən birbaşa asılı olacaq. Pul sövdələşmələrində ötkəm olun.

BUĞA - Hiss olunur ki, maddi durumunuz qənaətbəxş deyil. Bu isə əksər sahələrdə passivliyinizə zəmin yaradır. Buna baxmayaraq, nahardan sonra ikitərəfli əməkdaşlıq üçün şanslarınız olacaq.

ƏKİZLƏR - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşacağınızdan xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd işlərdən yayınmalısınız. İşgüzar əlaqələrə başlayın.

XƏRÇƏNG - İşgüzar sövdələşmələr aparmaq istəyirsinizsə, bürcünüzün bu son təqvimindən yararlanın. Əmin olun ki, hər şey ürəyinizcə olacaq. Sadəcə, qərarlarınızda reallığa əsaslanın.

ŞİR - İyulun bu gününü uğurlu keçirəcəksiniz. Şəxsi işlərinizdə dönüş yaratmaq üçün saat 15-dən sonra şanslarınız olacaq. Büdcənizi artırmaq istəyirsinizsə, əzmkarlığınızı artırın.

QIZ - Ay bürcünüzdə olduğu üçün o qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Təmkindən qidalanın.

TƏRƏZİ - Saat 13-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.

ƏQRƏB - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələr gözlənilir. Yaxşı olar ki, səfərə çıxasınız.

OXATAN - Ümumi gərginliyinizə baxmayaraq çıxış yolu tapmağa davam etməlisiniz. Hər şeyi dəqiqliklə ölçüb-biçməli, ağıllı məsləhətlərə qulaq asmalısınız. Uzaq səfərlərə çıxmağa dəyər.

OĞLAQ - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Nahardan sonra səfərə çıxmağa dəyər.

SUTÖKƏN - İstifadə etdiyimiz bütün astroloji mənbələr bu təqvimi bütünlüklə səfər və qonaqlıqlara həsr edəcəyinizi göstərir. Yeni müsahiblərinizə qarşı bir qədər mülayim davranın.

BALIQLAR - Yaxşı olar ki, heç bir ciddi işə baş qoşmayasınız. Əks təqdirdə uğursuz cəhdlərlə rastlaşacaqsınız. Bununla yanaşı, sizə qarşı qərəz nümayiş etdirənlərə kəskin cavab verməyi də təxirə salın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR