• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Astroloji proqnoz - 4 avqust

  • Qoroskop
  • 4 Avqust 2015 10:00
  • 1 056 Baxış
Astroloji proqnoz - 4 avqust

Qoç

Enerjiniz yüksəkdir. Çətinlik çəkdiyiniz hər mövzu asanlıqla həllini tapacaq. Bu fürsətdən istifadə edərək bir müddətdir ki, özünüzdən uzaqlaşdırdığınız, fikirləşmək istəmədiniyiz çətin məsələləri həll etməyə çalışın. Şəxsi həyatınızda bu gün qeyri-adi heç nə görünmür. Dinc və sakit bir gün keçirəcəksiniz.

Buğa

Bu gün iş həyatınızla bağlı yeni fürsətlərlə qarşılaşa bilərsiniz. Bu maddi baxımdan vəziyyətinizin yaxşılaşmasına gətirib çıxaracaq. Şəxsi həyatınızda isə vəziyyət yaxşı deyil. Həyat yoldaşınızın və ya sevgilinizin hər sualınıza istəksiz cavab verməsi və sizinlə maraqlanmaması ürəyinizi sıxacaq.

Əkizlər

Özünüzə yaxın hiss etdiyinbiz adamlarla bu gün sözünüz çəp gələ bilər. Sonradan peşiman olmamaq üçün mübahisədən yayının. Sevgilinizin və ya həyat yoldaşınızın məsləhətlərini qulaq ardına vurmayın.

Xərçəng

Qohumlarla bağlı yaxşı xəbər eşidəcəksiniz. Bu xəbər maddi baxımdan vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq. Sizinlə sıx münasibətdə olmaq istəyən bir insan var. Ancaq çətin vaxtlarda yanınızda olmayanlara bu gün ikinci şans verməyin.

Şir

Bu gün inadkar olmayın. Zərərli vərdişlərinizi tərgitməyə çalışın. Sizi əsəbiləşdirməyə çalışanlar olacaq, sakitliyinizi qoruyun.

Qız

Bu gün şəxsi həyatınızla bağlı yeniliklərə hazır olun. Həyatınıza yeni biri daxil ola bilər. Bəlkə də keçmiş sevgiliniz sizinlə barışmaq sitəyəcək və sevgi hekayəniz qaldığı yerdən davam edəcək. Bu tamamilə sizin verəcəyiniz qərardan asılıdır.

Tərəzi

Biznes sahəsində risk almayın. Həyatınızdakı şəxsə sürpriz hazırlayın. Uzun müddətdir ki, ona vaxt ayırmırsınız. Bu əlaqələrinizin pozulması ilə nəticələnə bilər.

Əqrəb

Karyeranızla bağlı yeniliklərə hazır olun. Sizə çox önəmli layihə təklifi gələ bilər.

Oxatan

Ortağınız işlə bağlı bütün planlarınızı korlaya bilər. Məsuliyyəti sizin üzərində olan bütün işlərdə özünüzdən başqasına güvənməyin. Sevgiliniz və ya həyat yoldaşınız bu gün səbir kasasınızı daşıracaq. Uzun müddətdir ki, davam edən soyuq münasibət bu gün əsəbləriniz korlayacaq.

Oğlaq

Bu gün özünüzü mənfi əhvali-ruhiyyədə hiss edəcəksiniz. Ancaq bunun öhdəsindən gəlməlisiniz. Sizi bu əhvaldan çıxardacaq musiqilər dinləyin, dostlarla vaxt keçirin və ya komediya filmi izləyin. Şəxsi həyatınızda önəmli dəyişikliklər baş verə bilər. Əgər həyat yoldaşınızı və ya sevgilinizi küsdürmüsünüzsə, mütləq könlünü almaq üçün addım atın.

Sutökən

Ağzınızdan çıxan hər sözü min ölçüb, bir biçin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Şəxsi həyatınızda keçmişin xatirləri ilə oynamağı bir kənara qoyun. Bəlkə də xoşbəxtliyiniz bir nəfəs qədər yaxınınızdadır.

Balıqlar

Heç bir mövzuda öz fikirlərinizi yeritməyə çalışmayın. Sevgiliniz bu gün ağlınızı başınızdan alacaq bir sürpriz edə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR