Astroloji proqnoz - 5 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 5 avqust

Qoç: Bu gün iş həyatınızda baş verən kiçik problemlərin üzərində çox dayanmayın. Axşama doğru hər şey öz axarına düşəcək. Evli qoçlar həyat yoldaşları ilə kiçik mübahisələrdən çəkinməlidirlər.

Buğa: Haqqınızda yayılan yalan xəbərlər əhvalınızı korlaya bilər. Başqalarının fikirlərinə əhəmiyyət verməsəniz, bir müddət sonra dedi-qodular öz-özünə unudulacaq. Şəxsi həyatda isə bu gün sizi xoş sürpriz gözləyir.

Əkizlər: Maddi baxımdan çətinlik çəkə bilərsiniz. Ortaqlarınızla mübahisəyə girməyin.

Xərçəng: Bu gün bəzi məsələlərdə yanıla bilərsiniz. Xüsusilə iş həyatında yanlış qərarlar verməyiniz labüddür. Odur ki, hər hansı mövzuda qərar vermədən öncə yaxşı-yaxşı düşünün.

Şir: Bu gün sizi bir çox görüş gözləyir. İşlə bağlı toplantılarda fikirləriniz bəyəniləcək. Çoxdandır görüşmədiyiniz dostlarla əyləncəli dəqiqələr keçirəcəksiniz. Şəxsi həyatınızda da hər şey istədiyiniz kimi alınacaq.

Qız: Sirlərinizi heç kimlə paylaşmayın. Həyatınızda baş verənləri hətta ən yaxın dostlarınızdan belə gizləməlisiniz.

Tərəzi: Ailənizdən yaxşı xəbər gələcək. Qarşınıza çıxan şansı ən yaxşı şəkildə dəyərləndirin. Bu gün sevdiyiniz şəxsə vaxt ayırın. Ona sevginizi hiss etdirməkdən çəkinməyin.

Əqrəb: Bu gün iş yerində gərgin dəqiqələr yaşaya bilərsiniz. İş yoldaşlarınızla münasibətlərinizin korlanmamasına diqqət edin.

Oxatan: İnsanlarla ünsiyyət qurmaqdan çəkinməyin. Yeni tanışlıqlar sizə şans gətirəcək. Keçmiş sevgilinizlə bağlı eşitdiyiniz bir xəbər əhvalınızı korlayacaq.

Oğlaq: Səyahət planlarınızı dəyişdirin. Əks halda, istəmədiyiniz vəziyyətlə qarşılaşa bilərsiniz.

Sutökən: İş həyatınızla bağlı riskli addımlar atmaqdan çəkinin. Şəxsi həyatınızda isə qısqanclıq edərək sevgilinizin və ya həyat yoldaşınızın qəlbini qıra bilərsiniz. Sonradan peşiman olacağınız qərarlar verməyin.

Balıqlar: Sizə vəd edilən vəzifə və ya pul gecikdirilə bilər. Çəkinmədən haqqınızı tələb edin. Cəsarətli olun.

Həyat yoldaşınızın (və ya sevgilinizin) ailəsi sizi ayırmağa çalışacaq. Sevginizi qorumaq üçün mücadilə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm