Qoroskop
Astronomlar kainatın ölüm vaxtını açıqladılar
Astronomlar ilk dəfə Kainatda ulduzların sönmə sürətini qiymətləndiriblər.
Publika.az “Science News” nəşrinə istinadən xəbər verir ki, alimlər tədqiqatların nəticələrini Beynəlxalq Astronomiya İttifaqının ABŞ-ın Havay ştatında keçirilən konfransında açıqlayıblar.
Elmi iş “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc edilib. Tədqiqatların nəticələrinə əsasən, ulduzların şüalanma intensivliyi son 2,3 milyard ildə iki dəfə azalıb. Astronomların fikrincə, kainatda təxminən 100 trilyon il sonra son ulduzlar da sönəcək.
İddiaya görə, kvadrilyon il sonra planetlər olmayacaq. On kvadrilyon il sonra neytron və cırtdan ulduzlar ağır çəkili qara deşiklərlə birləşəcək, daha sonra isə kainat Xokinq şüaları nəticəsində öz mövcudluğunu dayandıracaq.
Kainatın tədricən öldüyü elmə hələ 1990-cı illərdə məlum idi. Ancaq astronomlar ilk dəfə bu prosesin tempini ölçməyi bacarıblar.
Tədqiqatçılar müşahidələrini yerüstü İngilis-Avstraliya, VLT Survey Telescope, VISTA (Visible and Infrared Survey Telescope for Astronomy), ASKAP (Australian Square Kilometre Array Pathfinder), GALEX (Galaxy Evolution Explorer), WISE (Wide-Field Infrared Survey Explorer) və Herschel teleskoplarının köməyi ilə aparıblar.
Ömər Dağlı
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI