Qoroskop
Səbuhi Rəhimlidən martın 14-nə olan astroloji proqnoz
QOÇ - Göy qübbəsi daha çox şəxsi büdcənizdə artım olacağını vurğulayır. Odur ki, bütün enerjinizi məhz deyilən istiqamətə yönəltməyə çalışın. Axşama yaxın aldanma ehtimalınız da var. Tədbirli olun.
BUĞA – Bir qədər mistik anlamlı təqvim olduğunu nəzərə alın. Tanrıya zidd olan addımlardan yayının, yalnız savab işlər görün. Çalışın ki, dilinizdən yalnız xoş sözlər çıxsın, hamı sizi sevsin.
ƏKİZLƏR - Ailə üzvlərinizlə bağlı yaranmış problemləri özünüzə dərd etməyin. Hər şeyi taleyin axarına buraxın. İndi sizə onlara qarşı mülayim mövqe nümayiş etdirmək lazımdır. Səhhətinizə fikir verin.
XƏRÇƏNG - Ailə-sevgi münasibətlərini qaydasına salmaq üçün gözəl fürsətdir. Öz eşqinizi izhar etmək istəyirsinizsə, bir an da vaxt itirməyin. Pul məsələlərində isə ehtiyatlı olun.
ŞİR - Yaxşı olar ki, əsas vaxtınızı fəaliyyət sahəsində xərcləyin. Münasibət qurmaq, hansısa qlobal problemi həll etmək, uzaq səfərə çıxmaq üçün uğurlu ərəfə deyil. Yalan vədlər verməyin.
QIZ - İş yoldaşlarınızla, qonşu və qohumlarınızla mülayim davranın. Hətta təqsirkar qarşı tərəf olsa da, təmkin göstərib neytrallığınızı qorumağa çalışın. Müştərək fəaliyyətdən uzaq olun.
TƏRƏZİ - Bu gün ilk növbədə sağlıq durumunuza diqqət yetirməlisiniz. Astroloji göstəricilər daxili orqanlarınızda problemlərin baş qaldıracağını göstərir. Qalan işləriniz normal olacaq.
ƏQRƏB - Ulduzların düzümü riskdən uzaq olmağı tövsiyə edir. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində isə perspektivli danışıqlarda iştirakınız gözlənilir. Pul barədə qənaətcil olun.
OXATAN - Fəaliyyətlə bağlı yeni gedişlər etmək üçün imkan qazanacaqsınız. Bu yönümdə müttəfiqlərinizin köməyindən maksimum yararlanmağa çalışın. Bu gün yaşlı xəstə və ya qohumlarınıza mütləq baş çəkin ki, savablarınız artsın.
OĞLAQ - Hər mənada uğurlu gündür. Göy qübbəsi müdafiənizdə durduğu üçün ovqatınız xoş olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şans qazanacaqsınız.
SUTÖKƏN - Təxminən saat 13-ə qədər mübahisə və qalmaqallar gözlənildiyindən özünüzü qoruyun. Sonrakı müddətdə isə vəziyyət qismən sabitləşəcək. İşlə bağlı məsuliyyətinizi dərk edin.
BALIQLAR - O qədər də uğurlu gün deyil. Nəzərdə tutduğunuz ciddi planları təxirə salın. Qarşılıqlı münasibətlər zəminində ehtiyatlı olun. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...