Qoroskop
Astroloji proqnoz - 15 sentyabr
Qoç - İşgüzar təmaslar, danışıqların
aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür.
Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə
çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı
dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa
hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək
ehtimalı da var.
Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl
atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam
səhhətiniz pisləşə bilər.
Buğa - Çox şey sizin başqalarının işinə vaxtında
qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin
həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun
artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu
gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və
hörmət edəcəklər.
Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları
ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri
məbləğdə pul ala bilərsiniz.
Əkizlər - İşgüzar və enerjilisiniz. Vacib olan
məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən
və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar
çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə
hərəkət edirsiniz.
Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür.
İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri
alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi
dəstəkləməyə hazırdırlar.
Xərçəng - Sakit gündür, böyük hadisələr gözləməyə
dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı
bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla
həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə
başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan
göründüyü kimi asan deyil.
Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız
yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq
istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.
Şir - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox
mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq
edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri
çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün
əlverişli gündür.
Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi
zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa
bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə
saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.
Qız - Şərait elə də yaxşı deyil. Ancaq siz
sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu,
bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın
öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri
gerçəkləşdirməyə başlamaq olar.
Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli
olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız
büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən
qaçmaq olar.
Tərəzi - Müsbət tendensiyaların təsiri güclü
olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu
günün yalnız bir ciddi mənfi cəhəti var - istəklərinizə çatmaq asan
deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız
və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da
ruhlandırmağa çalışın.
Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi
yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox
vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.
Əqrəb - Xoş ailə tədbirləri gözlənilir. Uzaq
qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər
bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi
çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın,
uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox
problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.
Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə
yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan
sözlərlə başınıza iş aça bilərsiniz.
Oxatan - Maliyyə məsələlərini həll etmək üçün
əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana
salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin
planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə
problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala
bilərsiniz.
Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə
yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün
imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə"
meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı
elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola
bilər.
Oğlaq - Bu günlərdə yaranan anlaşılmazlıq və
çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu
mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha
xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün
məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval
sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.
Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə
güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və
çox zaman layiqsiz adamları seçirlər.
Dolça - Tələsmək lazım deyil. Sanki qarşınızda bir
neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən
düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır.
Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq
verin.
Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və
düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə
aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə,
etinasızlıqda günahlandıra bilərlər.
Balıqlar - Sakit gündür, əvvəllər başladığınız
işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə
tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı
tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə
çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan
qaçın.
Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı
şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif
edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə
çalışın. Alkoqoldan uzaq durun./milli.az/
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO